00:45 Məni bir az da sən danla - ŞEİRLƏR | |
|
■ Nişan ver, bircə şeirini... Nə əl üzüldü gecədən, nə də ki çatdı səhərə. Özündən çıxıb getmisən, məni gizlətdiyin yerə. göydəmi axtarım səni axı neçənci qatdasan? bu da oyundu bilirəm, mənimlə “gizlən-qaç” dasan. Çəkilsin gözüm yollardan özün söylə yerini gəlib tapım hardasan? nişan ver, bircə şeirini... *** Bu qədər sevmə məni Halımı gör, anla Məni bir az da sən danla. Göz yaşlarım dənizdir, Ağlım hissimə kənizdir Bu qədər sevmə məni, Yadlaşıram özüm-özümə Sən oluram, Aydınlığında kor olub, Zülmətində şən oluram. Bu qədər sevmə məni, Ruhum tərk edir bədəni, Sən sanıram Hər qapıdan gələni. Bu qədər sevmə məni, Günləri seçə bilmirəm, Miladdan sonradı ya öncə, Sənin təqvimindəyəm, Yanılıram səncə? *** Bilirsən necəyəm sənsiz? Alqış sözləri eşitmədən, nekroloqu yazılan şair kimi... Bilirsən necəyəm sənsiz? Köhnəlmiş "ay" ından doğranıb ulduz düzəldilən səma kimi... Bilirsən necəyəm sənsiz? doğulmadan bətndə öldürülən bala kimi... Afət HACIYEVA. | |
|
| |
| √ Ýagşy niýetler / Goşgular - 08.01.2025 | |
| √ Şaglawuk / Goşgular - 02.01.2025 | |
| √ Kowusnama: Bedew edinmek hakynda / Goşgular - 12.01.2025 | |
| √ Dünýä maňa aşyk bolsun! / Goşgular - 07.01.2025 | |
| √ Bir dem ol dilber jemalyndan yrak olmak ne güýç... / Goşgular - 01.01.2025 | |
| √ Ýa Biribar / Goşgular - 30.01.2025 | |
| √ Eýledi ýar meni dert ile awara, medet... / Goşgular - 12.01.2025 | |
| √ "Ýene-de daň atdy..." / Goşgular - 01.01.2025 | |
| √ Dil pyrak odunda ýandy, galdy jan hijran era... / Goşgular - 12.01.2025 | |
| √ Ýar laglyň arzuwlar men, jana bereý sen şypa... / Goşgular - 06.01.2025 | |
| Teswirleriň ählisi: 0 | |
